SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Liderlərin savaşı: Azərbaycan-Ukrayna (CANLI YAYIM)

Xəbər verdiyimiz kimi dünən şahmat üzrə yığma komandamız Onlayn Dünya Şahmat Olimpiadasının "Top Divizionundakı" ilk oyunlarını keçirib.  

Chess.az xəbər verir ki, dünən keçirilən hər üç qarşılaşmada qələbə qazanan yığma komandamız hal hazırda "B" qrupunun vahid lideridir. Xatırlıadaq ki, Azərbaycan komandası avqustun 21-də keçirilən oyunlarda əvvəlcə güclü Niderland yığmasını 3.5:2.5 heasabı ilə, daha sonra isə Macarıstanı 5:1 və CAR komandasını 5.5:0.5 hesabı ilə məğlub etmişdir. Bu gün isə, Bakı vaxtı ilə saat 14:00-da qrupun ən maraqlı qarşılaşması keçiriləcək. İlk iki pillənin sahibləri AzərbaycanUkrayna yığmaları üz-üzə gələcəklər. Yığmamızın bu qarşılaşmada mümkün qələbəsi komandamızın 1/4 final mərhələsinə birbaşa vəsiqə qazana bilməsi üçün önəmli addımı olacaq. Ukrayna il oyundan başqa kollektivimiz bu gün QazaxıstanSlovakiya yığmalaarı ilə də qarşılaşacaq. 
CANLI YAYIM (VİDEO)

Azərbaycan Milli komandasının oyunlarının təqvimi:
21 AVQUST: Azərbaycan-Nederland 3.5:2.5, Azərbaycan-Macarıstan 5:1, CAR-Azərbaycan 0.5:5.5
22 AVQUST: Azərbaycan-Ukrauna, Slovakiya-Azərbaycan, Azərbaycan-Qazaxıstan
23 AVQUST: İspaniya-Azərbaycan, Azərbaycan-Norveç, Fransa-
Azərbaycan


Xatırladaq ki, milli komandamız olimpiadada bu heyətlə mübarizə aparır:  
1.Şəhriyar Məmmədyarov, 2.Teymur Rəcəbov, 3.Günay Məmmədzadə, 4.Gülnar Məmmədova, 5.Vüqar Əsədli, 6.Xanım Balacayeva
Ehtiyat oyunçular:
1.Rauf Məmmədov, 2.Qədir Hüseynov, 3.Türkan Məmmədyarova, 4.Ülviyyə Fətəliyeva, 5.Aydın Süleymanlı, 6.Gövhər Beydullayeva.

Komandamızın kapitanları isə Eltac Səfərli  Rəhim Qasımovdur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss