Şahmat üzrə Azərbaycan milli komandasının İlk Onlayn Dünya Şahmat Olimpiadasının 1/4 final mərhələsindəki potensial rəqibləri bəlli oldu.
Xəbər verdiyimiz kimi "Top Divizionun" qrup mərhələsini öz qrupunun lideri kimi başa vurmuş millimiz, eyni uğura imza atan Rusiya, ABŞ və Hindistan yığmaları ilə bərabər birbaşa 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Qruplarda ikinci və üçüncü pillələri tutmuş komandalar isə, 1/4 finala çıxmaq üçün Pley-off oynayacaqlar. Püşkatmanın nəticələrinə görə Azərbaycan yığması 1/4 final mərhələsində Bolqarıstan-Polşa matçının qalibi ilə qarşılaşcaq. Qeyd edək ki, Pley-Off mərhələsi avqustun 27-də, 1/4 final mərhələsinin oyunları isə avqustun 28-də keçirləcək.
1/4 final:
Bolqarıstan-Polşa cütün qalibi-Azərbaycan
Çin-Ukrayna cütün qalibi-ABŞ
Macarıstan-Almaniya cütün qalibi-Rusiya
Yunanıstan-Ermənistan cütün qalibi-Hindistan