Dünyanın ən nüfuzlu televiziyalarından biri olan Böyük Britaniyanın "BBC" kanalı, İlk Onlyan Dünya Şahmat Olimpiadasının final qarşılaşmasını müzakirəyə çıxarıb.
Chess.az xəbər verir ki, "BBC" World News proqramının canlı efirində Rusiya-Hindistan matçının ikincilərin internitinin itməsi ilə bağlı yarımçıq dayandırılması müzakirə olunub. Canlı efirə bağlanan Chess.com saytının nümayəndəsi Nik Barton olimpiadanın ümumi təşkilatı işlərindən və finaldaki məlum olay haqqında tamaşaçılara geniş məlumat verib.