FIDE təşkilatçılar və şahmatçılarla aparılan məsləhətləşmələrdən sonra, yarımçıq dayandırılan "İddiaçılar Turniri"-nin bərpa olunacağı tarixi açıqladı.
COVİD-19 pandemiyası üzündən bu ilin mart ayında 7-ci turun oyunlarından sonra dayandırılan ilin əsas şahmat yarışı, noyabrın 1-dən bərpa ediləcək. Xatırladaq ki, "İddiaçılar Turnirinin" birinci dövriyyəsi Rusiyanın Yekaterinburq şəhərində keçirilmişdir. Turnirin ikinci hissəsini də məhz bu şəhərdə keçirmək nəzərdə tutulub. Ancaq həmin tarixlərdə Rusiyada sanitar-epidimioloji vəziyyətin düzəlməyəcəyi təqdirdə FİDE ehtiyat variant kimi Gürcüstanın paytaxtı Tiflis şəhərini təin edib. Qeyd edək ki, birinci dövriyyədən sonra, turnir cədvəlinə aktivlərində 4.5 xalları olan fransız Maksim Vaşye-Laqraf və rusiyalı Yan Nepomnyaşiy liderlik edirdilər.
9-09-2020, 23:40