SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vüqar Rəsulov Chess.com-da 750$ qazandı

Azərbaycan gənc və perspektivli qrossmeysterləri Vüqar Rəsulovdan şad xəbər var.

Chess.com şahmat platformasının təşkil etdiyi və bir çox dünya şahmat ulduzunun qatıldığı ənənəvi 3+1 dəqiqə vaxt kontrollu "Titled Tuesday" onlayn şahmat turnirinin bu həftəki qalibi həmyerlimiz Vüqar Rəsulov oldu. 11 oyundan sonra 9.5 xal toplayan Rəsulov, ümumi qələbə üçün onunla eyni xallara malik olan  norveçli Arian Tari və gürcü Qiqa Quparadze ilə tay-brek oynamalı oldu. Gərgin keçən mübarizənin sonunda Vüqar turniri birinci pillədə başa vurmağı bacardı. Turnirdə ümumilikdə 704 şahmatçı iştirak edirdi. Onların arasında Aleksey Şırov, Qata Kamskiy, Aleksandra Kostenyuk Nils Qrandelius kimi təcrübəli şahmatçılar da olmuşdu. Qeyd edək ki, turnirin qalibi kimi Vüqar Rəsulov 750 dollar məbləğində pul mükafatını da qazandı. 




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss