SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Quliyev təşkil etdi, Firuzca İvançuku uddu

Fransada yaşayan və son illərin ən perspektivli şahmatçısı sayılan Əlirza Firuzcanın şəxsi məşqçisi olan Namiq Quliyev daha bir uğurlu layihə həyata keçirib.

Chess.az xəbər verir ki, Fransada yaşayan həmyerlimiz, qrossmeyster Namiq Quliyevin şəxsi təşəbbüsü və "C’Chartres Échecs" şahmat klubunun təşkilatçılığı ilə Əlirza Firuzca ilə Vasiliy İvançuk arasında şou xarakterli matç keçirilmişdir. Rapid və Blitz partiyalarından ibarət qarşılaşma internet üzərində bir necə dildə canlı yayımlanırdı. Namiq Quliyevdən başqa matçı şərh edənlərdən biri də Crestbook kanalında yığmamızın üzvü Rauf Məmmədov da olmuşdur. Matç Əlirza Firuzcanın 6:5 hesablı qələbəsi ilə nəticələnib.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss