SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Şahmat Olimpiadası yenidən təxirə salındı. FİDE-nin qərarı

2020-ci ilin avqust ayında Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan Dünya Şahmat Olimpiadasının təxirə salınması ilə bağlı xəbər vermişdik.

Mart ayında FİDE dünyada davam edən COVİD-19 pandemiyası üzündən Dünya Şahmat Olimpiadasının 2021-ci ilin avqust ayına keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Bugünlərdə isə, FİDE Olimpiadanı bir daha təxirə saldı. Ali şahmat qurumunun qərarı ilə Olimpiada 2022-ci ildə Rusiyada keçiriləcək. Xatırladaq ki, Dünya Şahmat Olimpiadası iki ildən bir keçirilirdi. Sonuncu Olimpiada  2018-ci ilin yayında Gürcüstanın Batumi şəhərində baş tutmuşdur. COVİD-19 pandemiyasıı üzündən bu dəfə olimpiadalar arasında müddət ən azı 4 ilə qədər uzandı.    
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss