SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov Niderlanda getməyəcək

Xəbər verdiyimiz kimi dünyanın ən mötəbər şahmat turnirlərindən biri hesab olunan ənənəvi Veyk-an Ze Şahmat Festivalı (TATA STEEL) bu il 15-31 yanvar tarixlərində Hollandiyanın eyniadlı şəhərində keçiriləcək.
 
Chess.az  xəbər verir ki, 82-ci dəfə keçiriləcək turnirin iştirakçıların yekun siyahısı artıq məlumdur. COVİD-19 pandemiyası üzündən tamaşaçısız və xüsusi sanitar qaydalarla keçiriləcək yarışda dünya şahmat sıralamasının ilk beşliyi tam heyətlə iştirak edəcək. Təəsüf ki, builki turnirdə ölkəmiz təmsil olunmayacaq. Bir neçə gün bundan öncə açıqlanan iştirakçıların yekun siyahısında hemyerlimiz Şəhriyar Məmmədyarovun adı olsa da, sonradan Məmmədyarov turnirdə iştirak etməkdən imtina etdi. Onun əvəzinə yarışda hindistanlı şahmatçı Pentala Harikrişna iştirak edəcək
 Turnirdə ümumilikdə 14 şahmatçı iştirak edəcək. Yarış dairəvi sistem üzrə keçiriləcək və 13 turdan ibarət olacaq.  Şəhriyar Məmmədyarovdan başqa turnirdə norveçli Maqnus Karlsen və Aryan TariABŞ təmsilçisi Fabiano Karuana, rusiyalılar Yan Nepomnyaşiy, Daniil Dubov, və Andrey Yesipenko, fransız Maksim Vaşye-Laqraf, meydan sahibləri Aniş Giri və Yorden Van Forrest, FİDE bayrağı altında çıxış edən Əlirza Firuzca, polyak Yan-Kşıştof Duda, ispan David Anton Quiyaro və özbək Nodirbek Əbusəttarov çıxış edəcəklər.
 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss