SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar "Titled Tuesday"-in qalibi oldu

Şəhriyar Məmmədyarov Chess.com şahmat platformasının təşkil etdiyi ənənəvi "Titled Tuesday" onlayn şahmat turnirinin qalibi oldu.

Chess.az xəbər verir ki, bir çox dünya şahmat ulduzunun qatıldığı ənənəvi "Titled Tuesday" blitz üzrə onlayn şahmat turnirinin bu həftəki qalibi qrossmeysterimiz Şəhriyar Məmmədyarov oldu. Məmmədyarov 11 oyundan 9.5 xal toplayaraq turniri birinci pillədə bitirdi. Şəhriyarla eyni xalı toplayan  hindistanlı Raunak Sadvani ikinci, daha bir təmsilçimiz Eltac Səfərli isə üçüncü yeri tutublar. Xatırladaq ki, iki həftə öncə bu turnirin qalibi başqa bir azərbaycanlı, gənc Vüqar Rəsulov olmuşdur. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss