SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbov yenidən Aronyanla oynayacaq

Bu gün Azərbaycanın ən güclü şahmatçılarından bir hesab olunan Teymur Rəcəbovun da iştirak edəcəyi “Airthings Masters” onlayn şahmat turniri start götürür.

Chess.az xəbər verir ki, bu turnir dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” seriyasının ikinci yarışı olacaq. Seriyanın ilk turniri "Skilling Open"-də olduğu kimi, həmyerlimiz Teymur Rəcəbov bu dəfə də erməni şahmatçı Levon Aronyanla üz-üzə gələcək. Xatırladaq ki, tərəflər arasında 23 noyabr tarixində keçirilən son oyunda Teymur, Aronyan üzərində inamlı qələbə qazanmışdır. Turnirdə Teymur RəcəbovLevon Aronyandan başqa Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Danil Dubov (hamısı Rusiya), Aniş Giri (Niderland), Pantala Harikrişna (Hindistan)David Anton (İspaniya) mübarizə aparacaqlar.

Qarşılaşmalar bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, seriyanın ümumi mükafat fondu 1.5 milyon ABŞ dollar təşkil edir. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss