SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbov liderlər qrupunda

Dekabrın 27-də qrossmeysterimiz Teymur Rəcəbovun da iştirak etdiyi “Airthings Masters” onlayn şahmat turnirinin növbəti turların oyunları keçirildi.

Chess.az xəbər verir ki, Teymur Rəcəbov dünən keçirdiyi dörd oyununun hamısını (o cümlədən erməni Levon Aronyana qarşı keçirdiyi prinsipial partiyanı) bərabərliklə başa vurdu. Rəcəbov hal-hazırda keçirdiyi 8 oyundan 4.5 xal toplayaraq turnir cədvəlində 1-6-cı yerlərini bölüşür. Teymurla eyni xala sahib olanlar, dünya çempionu Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ), Vesli So (ABŞ), Daniil Dubov (Rusiya) Levon Aronyan (Ermənistan) liderlər qrupunda yer alırlar. Bu gün keçiriləcək daha üç turdan sonra turnirin qrup mərhələsinə yekun vurulacaq. Qeyd edək ki, qrup mərhələsində ilk 8 yeri tutan şahmatçı Pley-ofa vəsiqə qazanacaqlar. Teymurun bugünki rəqibləri isə Vesli So (ABŞ), Maksim Vaşye-Laqraf (Fransa)Pentala Harikrişna (Hindistan) olacaqlar. 


"AİRTHİNGS MASTERS (CANLI)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss