Chess.az saytının təşkil etdiyi "Karabakh is Azerbaijan" şahmat seriyasının ikinci turniri olan "Fuzuli Cup" uğurla başa çatdı.
Chess.az xəbər verir ki, "Fuzuli Cup"-da Azərbaycan, Türkiyə və Ukraynadan ümumilikdə 57 şahmatçı iştirak edib. 90 dəqiqə davam edən Arena turnirinin qalibi yenə də İmişlidən olan Elnur Mehtiyev oldu. Seriyanın indiyə qədər keçirilmiş hər iki turnirinin qalibi olan Mehtiyev, ümumi hesabda da liderlik edir.
Artıq seriyanın üçüncü yarışı olacaq "Zangilan Cup"-a qeydiyyat başlayıb. Turnir yanvarın 31-də Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
"ZANGİLAN CUP": TURNİRƏ DAXİL OLUN!
"FUZULİ CUP"-DA "BÖYÜK FİNAL" ÜÇÜN XALLAR QAZANAN ŞAHMATÇILAR:
1.Elnur Mehtiyev (İmişli) 10 xal
2.Rəvan Uğuzov (Bakı) 8 xal
3.Kutay Sakmak (Türkiyə) 6 xal
4.Daim Ağalarov (Qusar) 3 xal
5.Rəşid Səfərov (Qusar) 2 xal
6.Kənan İsbatov (Bakı) 1 xal
İki turnirdən sonra ümumi hesab belədir:
1.Elnur Mehtiyev (İmişli) 20 xal
2.Rəvan Uğuzov (Bakı) 8 xal
3.Orxan Bağırov (Bakı) 8 xal
4.Kənan İsbatov (Bakı) 7 xal
5.Daim Ağalarov (Qusar) 6 xal
6.Kutay Sakmak (Türkiyə) 6 xal
7.Rəşid Səfərov (Qusar) 3 xal
8.İsmayıl Süleymanlı (Bakı) 2 xal
9.Səadət Bəşirli (Gəncə) 0 xal
10.Kayra Özdemir (Türkiyə) 0 xal
------------------------------------------------------------------------------
Xatırladaq ki, turnirlər Lichess.org platforması üzərindən oynanılır.
Vaxt kontrolu 3 dəqiqə + hər gedişə 2 saniyə olacaq.
1.Seriyada iştirak etmək üçün Lichess.org saytına və ya mobil tətbiqinə daxil olun və orada qeydiyyatdan keçin.
2.Daha sonra adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
Xatırladaq ki, seriya ümumilikdə 8 turnir və Böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizi adını daşıyacaq. 8 turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar Böyük finala düşmək üçün xallar qazanacaqlar.
Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer- 8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer - 2 xal
6-cı yer - 1 xal
Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
Yarışlar hər bazar, Bakı vaxtı ilə saat 12:00-da keçirilir və 90 dəqiqə davam edir.
1-ci turnir 17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir 24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir 31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir 7 fevral 2021-ci il "Qubadli Cup"
5-ci turnir 14 fevral 2021-ci il "Shusha Cup"
6-cı turnir 21 fevral 2021-ci il "Agdam Cup"
7-ci turnir 28 fevral 2021-ci il "Kalbajar Cup"
8-ci turnir 7 mart 2021-ci il "Lachin Cup"
Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final"
24-01-2021, 12:44