SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ekrana yaxın əyləşin, Nicat tarix yazmağa davam edəcək! (CANLI YAYIM)

Bu gün Bakıda davam edən şahmat üzrə Dünya kubokunun kişilərdə 1/4, qadınlarda isə 1/2 final mərhələsinin ilk partiyaları keçiriləcək.



CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)
 

    16 gün bundan əvvəl 309 şahmatçının başladığı bu uzun marafonun bu bölümündə cəmi 12 şahmatçı qaldı. Onlardan səkkizi kişilərin, dördü isə qadınların yarışında mübarizə aparır. Bu şahmatçılardan ikisi Dünya Kubokunun qalibi, altsı isə növbəti İddiaçılar turnirinə vəsiqə qazanacaq. Amma sössüz ki, azarkeşlərimiz onlardan yalnız birinə azarkeşlik edir və onun Dünya kubokunu qazanacağına inanır. Bu Nicat Abasovdur! 


   Nicat beşinci mərhələdə BƏƏ-dən olan rəqibi Saleh Salemi 2:0 hesabı ilə məğlub edərək, tarixi uğur əldə etdi və Dünya kubokunun 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu nailiyyət özü belə Nicat üçün böyük uğurdur. Təsəvvür edin, Aniş Girinin, Yan Nepomnyaşiyin, Hikaru Nakamuranın, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun olmadığı 1/4 finalda Nicat Abasov var! Gözəl səslənir, deyil mi? 

    Nicat məhz digər yazımızda qeyd etdiyimiz kimi (bax."Azərbaycan şahmatçıların fiaskosu! Və ya hər şey Nicatın əlindədir), ayağına qədər gələn fürsəti dəyərləndirib, karyerasında yeni səhifə açmağı bacardı. Bundan sonra nə olursa olsun, Abasov şahmat azarkeşlərin könlündə döyüşkən şahmatçı kimi qalacaq. Abasov bu uğuru ilə həmçinin ölkəmizin bu DK-da az da olsa zədəlnmiş imicini qorumuş oldu. Bir sözlə əhsən sənə Nicat! 
 
    Bizə isə ona yalnız uğurlar arzu etmək qalır. 

    Buna görə də bu gün Bakı vaxtı ilə saat 15:00-da ekrana yaxın əyləşin, Nicat tarix yazmağa davam edəcək. Onun növbəti rəqibi Hindistan şahmatçısı Vidit Santos olacaq. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss